May ayında Vergilər Naziriliyinə 58 şikayət daxil olub
8 İyun 2012 18:22 İqtisadiyyatMay ayı ərzində Vergilər Nazirliyinin "195" Telefon Məlumat Xidmətinə 18.973 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, canlı rejimdə 9.230, avtomatik rejimdə elektron operator tərəfindən 9.743 müraciət cavablandırılıb. 35.268 vergi ödəyicisi mesaj göndərilməklə məlumatlandırılıb. Vergi ödəyiciləri daha çox elektron xidmətlər, qeydiyyat, vergilərin növləri, büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri, hesabatlar və onların doldurulma qaydaları barədə məlumat əldə etmək istəyiblər. Sualların 83,4%-i Bakı şəhərindən, 11,9%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət və məlumat xarakterli 58 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib. ("OLAYLAR"İA)