İnam Kərimov: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib”

İnam Kərimov: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib”

"Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib". "Olaylar" xəbər verir ki, bunu  aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı zamanı Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir: "Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir. Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəməyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcəkdir. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti  olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31