Şəkidə tütünçülüyün inkişaf prespektivləri müzakirə edilib
Şəkidə tütünçülüyün inkişaf prespektivləri müzakirə edilib
19 Fevral 2020 15:58 İqtisadiyyatŞəki rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə "Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda tütün istehsalçıları ilə toplantı keçirilib. Tədbirdə həmçinin yerli icra hakimiyyəti orqanlarının, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib. "Olaylar" xəbər verir ki, iclasda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı tütün istehsalının artırılması üçün Şəki rayonunda geniş imkanların olduğunu vurğulamış, bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələrlə təminat, tütün yarpağının tədarükü, satışı, emalı və digər məsələlərə dair yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edib.