Payızlıq taxıl əkini sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Payızlıq taxıl əkini sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərindən olan siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. "Olaylar"a bildirilib ki, AXA-dan "Olaylar"a bildirilib ki, ölkədə 1 milyon hektara yaxın taxıl sahələrində fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı taxıl əkinindən sonra hava şəraitinin isti və quraq keçməsi nəticəsində gəmiricilərin sayında artım qeydə alınıb.

Qeyd edək ki, ötən il respublika ərazisində aparılan mübarizə tədbirlərinin 25,6%-ni (407.1 min ha) siçanabənzər gəmiricilərlə mübarizə təşkil edib.  Büdcə vəsaiti hesabına həyata keçirilmiş mübarizə tədbirləri 318 min hektar sahəni əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 1,5 dəfə və ya 105,0 min hektar çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31