Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək
Bu həftə mənzillərin səyyar qeydiyyatı kampaniyası paytaxtın 4 rayonunda keçiriləcək
17 Fevral 2020 15:59 İqtisadiyyatÇoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya 17-21 fevral tarixlərində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək. Qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində səyyar xidmət 17 fevralda Xətai rayonu, M. Hadi küçəsi, 106, 18 fevralda Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya 19 fevralda F. İbrahimov küçəsi, 5, 20 fevralda Yeni Yasamal yaşayış massivi, D. Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.