Misirdə 600 milyon dolları hərraca çıxarırlar
14 Aprel 2013 22:54 İqtisadiyyatMisirin Mərkəzi Bankı bu gün valyuta hərracı keçirməyi qərara alıb.Milli.Az Day.Az-a istinadən bildirir ki, satışa 600 milyon dollar çıxarılıb. Məlumatı İTAR-TASS yayıb.Hərracın məqsədi strateji əhəmiyyətli məhsul və xidmətlərin idxalını dəstəkləmək üçündür. Ərizələri yalnız yarım saat ərzində qəbul edəcəklər.Martın ortalarında Misir Mərkəzi Bankı (MMB) banklara 40 milyon dollar satmaq məcburiyyətində qalmışdı. Bununla MMB xarici valyutanın defisitinin qarşısını almaq, "qara bazarın" aktivliyini azaltmaq niyyətində idi. Bu, ötən ilin sonlarından bəri 32-ci hərracdır.Ötən ilin sonlarında MMB Misir funtunu süni dəstəkləməkdən imtina etmişdi. Bundan sonra milli valyuta 15% ucuzlaşdı və hazırda da dollara nisbətdə aşağı düşməkdə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31