Cari ilin əvvəlində 11 mindən artıq abonent qeydə alınıb

Cari ilin əvvəlində 11 mindən artıq abonent qeydə alınıb

2020-ci ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bunun da 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir. Beləliklə, hazırda Birlik üzrə 01.02.2020-ci il tarixə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.

Onu da qeyd edək ki, 2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5 000 kubmetr limit ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31