255 obyektdə 96 qanun pozuntusu VIDEO

Baş verən qanun pozuntuları ilə bağlı Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentində araşdırmalara başlanılıb

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən obyektlərdə malların aksiz markalı şəkildə satılıb-satılmamasını müəyyən etmək məqsədi ilə yoxlamalar aparılan 255 obyektdən 96-da qanun pozuntusu müəyyən edilib. Tədbir zamanı aksiz markaları olmayan 12 min manat məbləğində minə yaxın alkaqollu içki və 779 manat məbləğində 480 ədəd tütün məmulatı aşkar edilib.

Reyd zamanı 77 obyektdə alkaqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olmaq üçün xüsusi razılığın alınmadığı da müəyyən olunub. Baş verən qanun pozuntuları ilə bağlı Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentində araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31