Qafqaz Müsəlmanları İdarəsinin maliyyə mənbələri məlum olub
23 Aprel 2012 13:57 İqtisadiyyatQafqaz Müsəlmanları İdarəsinin (QMİ) maliyyə mənbələri məlum olub. APA-nın məlumatına görə, QMİ öz fəaliyyəti, əmlakının istifadəsindən əldə olunan gəlirlər, fiziki və hüquqi şəxslərin, əhatə etdiyi ərazidəki dini qurumların və ziyarətgahların könüllü ayırmaları hesabına, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. İdarəyə və dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən də maliyyə yardımı göstərilə bilər.Qeyd edək ki, QMİ regionda (Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Rusiya Federasiyasının Şimali Qafqaz ərazisində) yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi İslam dini ali mərkəzidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31