Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 milyard 523 milyon 423,3 min manat vəsait daxil olub
12 Aprel 2013 15:45 İqtisadiyyat2013-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 523 milyon 423,3 min manat təşkil edib. Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, bu məbləğin 36,1 faizi mənfəət vergisinin, 24,8 faizi əlavə dəyər vergisinin, 12,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 8,3 faizi aksizlərin, 18,1 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 839 milyon 183,9 min manat vəsait daxil olub. Yanvar-mart aylarında respublika üzrə 20 min 885 vergi ödəyicisi qeydiyyata alııb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin aprel ayının 1-dək 69 min 90 nəfər fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 aprel 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 500 min 81 olub. 2013-cü ilin birinci rübü ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,6 faiz təşkil edib.