Nazirlik şəkər çuğunduru ilə bağlı müşavirə keçirib
Nazirlik şəkər çuğunduru ilə bağlı müşavirə keçirib
3 Fevral 2020 14:30 İqtisadiyyatAğcabədi, Bərdə və Hacıqabul rayonlarında "Respublikada şəkər çuğunduru istehsalının artırılması ilə bağlı qarşıda duran vəzifələr" mövzusunda növbəti müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin çıxış edib. R.Quliyev bölgələrdə şəkər çuğunduru istehsalının artırılması üçün geniş imkanların olduğunu qeyd edib. Bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələr, pestisidlərlə təminat və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edib.
Müzakirələrdə iştirak edən aidiyyəti qurumların nümayəndələri şəkər çuğundurunun yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə şəkər çuğundurunun becərilməsi üzrə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin iri fermer təsərrüfatlarında nümayiş etdirilməsi, suvarma suyunun təminatının yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələrini bildirib və aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.