AİK “Könüllülər ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb
AİK “Könüllülər ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb
31 Yanvar 2020 14:43 İqtisadiyyat"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyi "Könüllülər ili" ilə əlaqədar görüşlərə başlayıb. Görüşdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin regional nümayəndəliklərinin təmsilçiləri iştirak edib. Tədbirin məqsədi 2019-cu ildə görülən işləri qiymətləndirmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, yeni layihə və təşəbbüsləri müzakirə etməkdir. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev ölkədə könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini, bilik və bacarıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib və gəncləri bu istiqamətdə fəal olmağa çağırıb. Tədbirdə çıxış edən "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev təşkilatın yarandığı gündən indiyədək həyata keçirilən layihələr, ölkənin 50 regionunda fəaliyyət göstərən nümayəndəliklərin reallaşdırdığı tədbirlər barədə məlumat verib. Tədbirdə "Aqrar İnkişaf Könüllüləri"nin fəaliyyət ilə bağlı təqdimat keçirilib.