İpoteka kreditlərinin həcmi artırıla bilər- Elman Rüstəmov

İpoteka kreditlərinin həcmi artırıla bilər-Elman Rüstəmov

Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün layihə hazırlana bilər."Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır: "Fondun daxili bazardan vəsait cəlb etməsi istiqamətində işləmək olar. Bankların özünün uzunmüddətli resursları yoxdur. Bankların ipoteka vermək imkanların artırmaq lazımdır. Onların öhdəlikləri qısamüddətlidir. Bu da 20-25 illik ipoteka verməyə imkan vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31