Azərbaycanda dəhşətli virusla bağlı əhaliyə müraciət edildi
Azərbaycanda dəhşətli virusla bağlı əhaliyə müraciət edildi
29 Yanvar 2020 16:09 İqtisadiyyatÜmumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə müraciət edib. Bununla bağlı Səhiyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumatda əhaliyə bəzi tövsiyələr verilib.
- Özünüzü və başqalarını xəstəlikdən qoruyun
Əllərinizi yuyun;
öskürdükdən və asqırdıqdan sonra;
xəstələrə qulluq edərkən;
yemək hazırlayərkən, əvvəl və sonra;
yeməkdən əvvəl;
tualet istifadəsindən sonra;
əllər vizual olaraq çirkli göründükdə;
heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra;
Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun;
Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli;
təmizləyici (dezinfectant) istifadə edin.
- Başqalarını xəstələnmədən qoruyun
Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
- Özünüzü xəstələnməkdən qoruyun
Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
- Qida təhlükəsizliyini tətbiq edin
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin;
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun;
Qida təhlükəsizliyini tətbiq edin;
Xəstə və ölü heyvanlar yeyilməməlidir;
Qida təhlükəsizliyini tətbiq edin;
Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.
- Heyvan bazarlarında alış-veriş edirsiniz?
Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun;
Gözlərə, burun və ya ağzınıza toxunmayın;
Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin;
Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.
- Heyvan bazarlarında iş?
Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun;
Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin;
Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin;
İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın;
Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin;
- Koronavirus infeksiyası riskini azaldın:
- Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun;
- Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın;
- Ət məhsullarını və yumurtanı tam bişirin;
- Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.