ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin 3-cü iclası keçirilir
ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin 3-cü iclası keçirilir
27 Yanvar 2020 16:02 İqtisadiyyatYanvarın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin 3-cü iclası başlayıb.Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, tədbirdə ÜGT-nin əməkdaşları ilə yanaşı, qurumun Avropa Regionu üzrə üzv dövlətlərinin 20-yə qədər nümayəndəsi iştirak edir. Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev region ölkələri arasında məlumat mübadiləsinin aparılması, səmərəli əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində iclasın mühüm rol oynayacağını bildirib. Ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını, müxtəlif mədəniyyətlərin nümunələrini özündə birləşdirdiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyini diqqətə çatdıran Komitə sədrinin müavini, bu baxımdan, Azərbaycanın beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və digər irimiqyaslı layihələri nümunə göstərən İqbal Babayev ölkəmizin gömrük orqanlarının da beynəlxalq tranzitin inkişafına, ticarətin asanlaşdırılmasına öz töhfəsini verdiyini bildirib. Qeyd edək ki, 3 gün davam edəcək iclas çərçivəsində 2019-2022-ci illər üzrə ÜGT-nin strateji planı, ÜGT-nin Avropa Regional Ofisinin strategiyası və təşəbbüsləri, Azərbaycan gömrüyünün "Yenilənmə" mövzusunda təqdimatları nümayiş olunacaq.