Cəlilabadda dron vasitəsilə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb

Cəlilabadda dron vasitəsilə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan "Alimlər fermerlərin yanında" layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri respublikamızın cənub bölgəsində həyata keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbir çərçivəsində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisindəki taxıl sahələrində yayılmış "haf" zərərvericisinə qarşı dronlar vasitəsi ilə mübarizə tədbirləri aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib. Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31