Yapon şirkətləri 3 milyona yaxın avtomobili geri çağırdı

Buna təhlükəsizlik yastığında nasazlığın səbəb olduğu bildirilir

Yaponiyanın 4 avtomobil istehsalı şirkəti, o cümlədən "Toyota" və "Honda" 3 milyona yaxın avtomobilini geri çağırıb. Buna səbəb kimi həmin şirkətlərin istehsalı olan avtomobillərdə təhlükəsizlik yastıqlarında nasazlıq olması ehtimalı göstərilir.
"Toyota" şirkətinin nümayəndəsinin məlumatına görə, şirkətin avtomobillərində təhlükəsizlik yastıqlarının işləməməsi ilə bağlı cəmi 5 insident qeydə alınıb, lakin hər ehtimala qarşı əlavə araşdırılmaların aparılmasına qərar verilib.
Xatırladaq ki, bundan əvvəl bir neçə dəfə də Yaponiya avtomobil şirkətləri müxtəlif nasazlıqlarla əlaqədar bütün dünyada milyonlarla avtomobili geri çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31