Bakı-Tbilisi-Qars dəmir yolu xətti istiqamətdə yük daşımalarda artım 42 faizə çatıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istiqamətdə yük daşımalarda artım 42 faizə çatıb
16 Yanvar 2020 16:12 İqtisadiyyat2019-cu ildə dəmir yolu ilə yükdaşıma sahəsində 2018 - ci il ilə müqayisədə 9,1 faiz artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. "OLAYLAR" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 faiz artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7 faiz olub.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istiqamətdə isə yük daşımalarda artım 42 faizə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 fazi artıb.