İki rayonda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

İki rayonda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2020-ci ilin ilk günlərindən başlayaraq Aqrar Xidmətlər Agentliyi yerlərdə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. Nazirlikdən "Olaylar"a bildirilib ki, artıq Beyləqan və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlılara məxsus heyvandarlıq təsərrüfatlarında 2020-ci ilin epizootik tədbirlər plana uyğun qarayara və quduzluq xəstəliklərinə qarşı profilaktik tədbirlərə start verilib.

Beyləqan rayonunda 55 min başa yaxın iribuynuzlu, 200 min başdan artıq xırdabuynuzlu, 2 min başa yaxın təkdırnaqlı heyvan, 5 min başdan çox it, və 400 min başdan çox ev quşu mövcuddur. Bu heyvanlarda profilaktik tədbirlər idarənin 16 sahə baytarlıq məntəqəsi vasitəsilə həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Laçın rayonunda isə Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən peyvənd vasitələri "soyuq zəncir" rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termoçamadanlar vasitəsi ilə çatdırılan vaksinlər heyvanlara tətbiq edilir. Belə ki, 2020-ci ildə Taxtakörpü qəsəbəsi və respublikanın əksər rayonunda məskunlaşan laçınlılara məxsus heyvandarlıq təsərrüfatlarında epizootik plana uyğun olaraq 30 min baş iribuynuzlu, 160 min baş xırdabuynuzlu və 1400 baş təkdırnalı heyvanda qarayara, 30 min baş iribuynuzlu (2 dəfə olmala) və 2246900 baş xırdabuynuzlu heyvanda dabaq, 18 min baş iribuynuzlu heyvanda leptespiroz, 3200 baş itdə quduzluq, 34500 baş nodulyar dermatir və digər iti yoluxucu xəstəliklərə qarşı peyvəndləmənin, eləcə də 5 min baş iribuynuzlu heyvanda vərəmə və 400 baş atda manqo görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31