Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Krallığının Azərbaycandakı səfirliyi "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə aqrar sektorda çalışan sahibkarlarla görüş təşkil edib. Görüş zamanı iki ölkə arasında ixrac imkanlarının artırılması və aqrar sahədə mümkün əməkdaşlığın perspektivləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən səfir Adil Embarş Mərakeş ilə əməkdaşlığın faydalarından və digər ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrindən bəhs edib. Mərakeşin dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən səfir Avropa İttifaqı, ABŞ, Türkiyə və ərəb ölkələri ilə sərbəst ticarət sazişinin imzalandığını xatırladıb.

O, bildirib ki, Mərakeş Afrikada qitəsinə investisiya edən ilk ölkədir. Bununla yanaşı, səfir dünya üzrə 186 liman və 77 ölkə ilə əməkdaşlıq edən Tanger Med limanının əhəmiyyətindən və əməkdaşlıq imkanlarından danışıb. Görüş zamanı cari ilin 14-19 aprel tarixlərində Mərakeşdə baş tutacaq 15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (SIAM) barədə də məlumat verilib. 2006-cı ildə Kral VI Məhəmmədin təşəbbüsü ilə keçirilən bu sərgi Afrikanın ən geniş sərgisidir. Bu baxımdan, sərginin azərbaycanın aqrar istehsalçılar üçün önəmi vurğulanıb və bildirilib ki, SIAM yerli istehsalçılara yeni bazarlara çıxmaq və dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31