Nazir: “2019-cu ildə əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib”

Nazir: “2019-cu ildə əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib”

"2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi inkişaf proqnozları bizim üçün zəruri zəmin yaradır. İstər dövlət sərmayələrinin, ilk növbədə, özəl sərmayələrin cəlb edilməsini biz başlıca alətimiz kimi görürük. Çünki dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlılığı məhz investisiyalarla bağlıdır". "Olaylar" xəbər verir ki, bunu yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki,  2019-cu ildə əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib: "Bizim hədəfimiz, heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizim əsas vəzifəmiz dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, eyni zamanda, Sizin tapşırıqlarınıza uyğun olaraq, dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31