Google 300 milyon avro sərmayə yatırıb

Oaylar İA xarici mətbuata istinadən xəbər verir ki, dünyaca məşhur axtarış sistemi olan Google Avropa qitəsində məlumat mərkəzini genişləndirmək üçün 300 milyon avro sərmayə yatırıb. Google bildirir ki, bu, Belçikada onlayn xidmətlərə artan tələbatı qarşılayacaq. Internet axtarış sorğuları, Gmail və Youtube kimi Google xidmətləri Belçikanın paytaxtı Brüssel şəhərinin cənub qərbində yerləşən sənaye miqyaslı məlumat mərkəzlərində emal edilir. Google bildirir ki, mərkəzin hazırda 120-yə yaxın işçisi var və o, ən effektiv xismət vasitələrindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31