Fermerlər heyvandarlıq sahəsində də subsidiyaları EKTİS-SİS vasitəsilə alacaqlar

Fermerlər heyvandarlıq sahəsində də subsidiyaları EKTİS-SİS vasitəsilə alacaqlar

Fermerlər heyvandarlıq sahəsində də subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi- Subsidiya İnformasiya Sistemi (EKTİS-SİS) vasitəsilə alacaqlar. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, artıq bu ilin yanvarın 1-dən etibarən yerli heyvanların süni mayalandırılması nəticəsində doğulan hər bir sağlam buzova görə fermerlər subsidiya almaq üçün müvafiq məlumatları sistemə daxil etməli və subsidiya üçün müraciət etməlidirlər. Bunun üçün fermerlərə sistemdə onlara ən yaxın məsafədə fəaliyyət göstərən Süni Mayalanma Mütəxəssisi (SMM) barədə məlumatlar təqdim olunur. Fermer süni mayalanmasını istədiyi heyvanını və eyni zamanda süni mayalanma nəticəsində doğulan buzovu sistemdə qeydiyyatdan keçirir. Fermer heyvanı süni mayalandırmaq məqsədilə süni mayalandırma mütəxəssisi ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir. Süni mayalandırma aparıldıqdan və buzov dünyaya gəldikdən sonra onun sağlamlığı barədə məlumatlar Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri tərəfindən sistemdə təsdiq edildikdən və müfaviq monitorinqlər həyata keçirildikdən sonra subsidiya məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerin hesabına köçürüləcək. Bu subsidiya növü üzrə xidmətin inzibati reqlamenti https://www.dxr.az/xidmet/01DB9685-C78F-489D-BBB9-CB0385324D1C/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31