ARDNŞ-nin prezidenti Almaniya Parlamentinin üzvünü qəbul edib
10 Aprel 2013 20:01 İqtisadiyyatAzərbaycanda səfərdə olan Almaniya Parlamentinin (Bundestaqın) üzvü, Sosial- Demokrat Partiyası parlament fraksiyasının rəhbəri doktor Martin Linderi Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qəbul edib. ARDNŞ-dan "Azadinform"a verilən məlumata görə, görüşdə Rövnəq Abdullayev Azərbaycan və Almaniya arasında ikitərəfli və parlamentlərarası münasibətlərin inkişafında belə səfərlərin mühüm rol oynadığını qeyd edib. ARDNŞ prezidenti Avropanın enerji təminatına yönəlmiş layihələrin gedişi haqda qonağa ətraflı məlumat verib. Azərbaycanın Avropa dəyərlərinə bağlı sivil və demokratik ölkə olduğunu vurğulayan qonaq isə Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin rolunu yüksək qiymətləndirdiklərini söyləyib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.