Azərbaycanın enerji sistemi inkişaf mərhələsində- TƏHLİL
Azərbaycanın enerji sistemi inkişaf mərhələsində-TƏHLİL
10 Yanvar 2020 15:09 İqtisadiyyatKeçmişdə yol verilən nöqsanlar aradan qaldırılır
Azərbaycanda bütün sahələrdə dinamik inkişaf, tərəqqi müşahidə edilir. İqtisadiyyatımızın sürətli inkişafı hər bir sahədə zəruri tədbirlərin həyata keçirilməsi, müvafiq işlərin görülməsini şərtləndirir. Son illərdə ölkədə uğurla inkişaf edən sahələrdən biri də enerji sektorudur desək yanılmarıq. Əgər 15-20 il, müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək, görərik ki, həqiqətən də gümümüzdə ölkəmizin enerji sektorunda inqilabi addımlar atılıb, yeniliklər edilib. Əgər müstəqilliyin ilk illərində ölkənin elektrik enerjisi ilə təminatı məsələsində Azərbaycan qonşu Rusiya Federasiyası və İran İslam Respublikasından asılı vəziyyətdə idi və xüsusilə qış aylarında bu asılılıq özünü daha çox büruzə verir, əhalinin elektrik enerjisi ilə təminatı məsıələsində ciddi problemlər meydana çıxırdısa, indi situasiya tamamilə fərqlidir. Artıq Azərbaycan elektrik enerjisi idxal edən ölkədən enerji ixeac edən bir dövlətə çevrilib. Eyni zamanda əhalinin demək olar ki, 100 faizi fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Heç şübhəsiz ki, bu da enerji sektorunda görülən işlər, həyata keçirilən uğurlu tədbirlərlə əlaqədardır. Burada xüsusilə onu qeyd etmək lazımdır ki, hər bir sahə kimi enerji sektoru daa dövlətin, əsas etibarilə dövlət başçısının əsas diqqət mərkəzindədir. Cənab Prezident hər bir sahə kimi bu sektorda baş verənləri də ciddi diqqətdə saxlayır. Bir neçə il əvvəl Mingəçevirdə yerləşən enerji sistemində baş verən qəzaya dövlət başçısı tərəfindən dərhal verilən reaksiya və adekvat tədbirlərin həyata keçirilməsi üçün qısa müddətdə müvafiq komissiyanın yaradılması buna əyani sübutdur. Çünki bu birmənalıdır ki, enerki sektoru hər bir ölkədə strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin ölkənin enerji sektorunda baş verən prosesləri diqqətdə saxlamasını dövlət başçısının müntəzəm olaraq keçirdiyi görüşlərdə, konfranslarda da aydın müşahidə edirik. Bir qayda olaraq Nazirlər Kabinetinin iclaslarında dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz enerji sektoru olub və Cənab Prezident əhalinin enerji ilə təminatının daha da yaxşılaşdırılmasını dəfələrlə tövsiyə edib. Elə bu günlərdə dövlət başçısı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni sədrini qəbul edərkən də eyni məsələyə diqqət çəkdi. Cənab Prezident Vüqar Əhmədovu bu vəzifəyə təyin edərkən hər bir məmur kimi, ona da öz işinə məsuliyyətlə yanaşmağı, rəhbərlik etdiyi sahədə daha səmərəli çalışmağı tapşırdı: "Mən sizi "Azərişıq" Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir öllkə üçün strateji sahədir".
Dövlət başçısı təyin etdiyi hər bir məmura rəhbərlik edəcəkləri sahələrdə mövcud olan nöqsanlar, çatışmamazlıqları bir daha xatırlatmaqla, həm də onlardan əvvəlki səlahiyyətli şəxslərin də işlərinə nə dərəcədə məsuliyyətsiz və yarıtmaz yanaşdıqlrını bir daha xatırlatmış oldu: "İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş "Barmek" şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Mən bunu yaxşı xatırlayıram ki, məhz mənim göstərişimlə və sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və "Azərişıq" yaradıldı. "Azərişıq" Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir".
Qeyd etdiyimiz kimi günümüzdə Azərbaycanda enerji sistemi uğurla inkişaf edir və bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər özz müsbət nəticəsini verməkdədir. Ancaq hər bir sahədə müəyyən problemlər olduğu kimi, enerji sistemi də bu problemlərdən uzaq deyil. Əgər belə olmasaydı, 2018-ci ildə ölkənin enerji sektorunda məlum çətinlik yaranmazdı. Əslində bu da birbaşa qeyd edilən sahəyə cavabdeh olan şəxslərin məsuliyyətsizliyi, öz işini yarıtmaması ilə bağlıdır ki, Cənab Prezident də "Azərişıq" rəhbərliyini qəbul edərkən bunu açıq-aşkar vurğuladı: "Ancaq bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə "Azərenerji"nin rəhbərliyi tamamilə dəyişdirildi.
Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək".
Füzuli
Olaylar.az