Yanvar-may aylarında əhaliyə 22,8 mln. manat müavinət ödənilib
8 İyun 2012 13:15 İqtisadiyyatİlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1087,0 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 mln. manat çoxdur. Fondun mətbuat xidmətindən "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,2 faiz və ya 61,3 mln. manat artaraq 524,7 mln. manat təşkil edib.
2012-ci ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 211,7 mln. manat təşkil edib.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 994,4 mln. manat vəsait yönəldilib. 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.
2012-ci ilin yanvar-may aylarında əhaliyə 22,8 mln. manat məbləğində müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 16,5 mln. manat təşkil edib.