Bu il ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq
Bu il ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq
8 Yanvar 2020 11:43 İqtisadiyyatYanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daxil olub. Bildirilib ki, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.
Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə - Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31