Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdi
Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdi
28 Dekabr 2019 16:20 İqtisadiyyat2019-cu ildə respublikanın regionlarında 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin 1-ci rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31