Binəqədidə 300 abonent qazsız qaldı

Binəqədidə 300 abonent qazsız qaldı

Bu gün saat 12:30 radələrində Binəqədi rayonu Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. 300 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31