Taxıl əkin sahələri 1 miyon hektara çatdırılıb
Taxıl əkin sahələri 1 miyon hektara çatdırılıb
28 Dekabr 2019 12:18 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyində "2020-ci il üçün pestisid təminatının vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri, Aqrar Xidmətlər Agentliyi, elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də pestisid idxal edən şirkətlərin yerli və xarici mütəxəssisləri iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Şöbə müdiri qeyd edib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılıb və 2019-cu il 27 dekabr tarixinə 630 min hektarı buğda, 362 min hektarı arpa, 20 min hektarda xəsil olmaqla respublika üzrə bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb: "Cari ildə şum və səpinə hazırlıq işlərinə daha erkən başlanılıb, artıq iyul-avqust aylarında 450 min ha sahə şumlanıb, əvvəlki il ilə müqayisədə əkin zamanı gübrələrdən istifadə yüz faiz artaraq 55 min tona çatıb. Növbəli əkinçiliyin aparılmasına üstünlük verilib, taxıl əkinlərində 35-40%-i növbəli əkin sistemindən istifadə olunub. Bununla belə, 2019-cu ilin payızından indiyədək respublikanın əksər ərazilərində müşahidə edilən havaların isti keçməsi, kəskin quraqlıq və suvarma suyunun çatışmazlığı baxmayaraq suvarılan taxıl ərazilərinin 50%-də suvarma aparılıb".