Azərbaycanlı investorlar Türkiyədə ada almaq istəyirlər
Azərbaycanlı investorlar Türkiyədə ada almaq istəyirlər
23 Dekabr 2019 13:18 İqtisadiyyatTürkiyədə 467 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir.
Artıq həmin daşınmaz əmlakları almaq istəyənlər var. Təkliflərlə çıxış edənlər yerli investorlarla yanaşı, Azərbaycan, İran, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlardır.
marja.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31