Xəzər rayonunda 471 fərdi yaşayış evinə təbii qaz verilib
Xəzər rayonunda 471 fərdi yaşayış evinə təbii qaz verilib
20 Dekabr 2019 17:40 İqtisadiyyatBu gün Xəzər rayonu Binə qəsəbəsi, "Atçılıq" adlanan ərazidə Badam bağlarının ətrafındakı yeni yaşayış massivi üzrə layihənin birinci mərhələsi başa çatıb. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bununla da 471 fərdi yaşayış evinə qaz verilib. Bu münasibətlə təşkil olunan tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov, massivin sakinləri və qaz təsərrüfatı işçiləri iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31