“Pambıqçılığa ayrılan diqqət qeyri-neft sektorunu inkişaf etdirir”

“Pambıqçılığa ayrılan diqqət qeyri-neft sektorunu inkişaf etdirir”

"Siyasi təcrübəyə əsaslanaraq demək olar ki, hər il ilin sonlarına yaxın illik hesabat, görülən işlərin nəticəsi olaraq müşavirələr keçirilir. Ötən gün ölkə başçısının keçirdiyi müşavirə buna bariz nümunədir. Müşavirə pambıqçılıq məsələləri ilə bağlı yekun iclas idi. Ölkəmiz ciddi islahatlar və ciddi nəzarətlə idarə edilir. Ölkədə idarəçilik sektorunda dəyişiklər mövcuddur. Bu dəyişikliklər iqtisadi sektora da aid edilə bilər. Əgər əvvəllər iqtisadi durum əsaslı şəkildə neftdən asılı idisə, yeni prinsip və idarəetmə qeyri-neft sektorunun da inkişafına xüsusi önəm göstərir. Müşavirədə əsaslı məsələ budur. Respublika qədim tarixə malikdir. Ölkəmizin ərazisində qədimdən pambıqçılıq, üzümçülük, şərabçılıq və s. kimi sahələr özünü doğrultmuşdur. Lakin bu uzun sürməmişdir. Digər böyük dövlətlərin respublikanı təsiri altına salması buna mane olmuşdur. Buna baxmayaraq, müasir dövr müstəqil şəkildə idarəçilik inkişafa xüsusi öhdəliklər verir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, son dövrlərdə qeyri neft sektoru olan, ağ qızıl hesab edilən pambıq sahəsində xüsusi uğurlar əldə edilib: "İlin son göstəricilərini müqayisə edərsək rekord nəticə göz önündədir. Keçirilən kompleks tədbirlər əsasında 100 min hektar pambıq əkilmiş 294 min ton məhsul götürülmüşdür. Bu tədbirlərin xüsusi diqqət və nəzarətlə həyata keçirildiyindən xəbər verir. Bu iqtisadiyyatın inkişafını aydın şəkildə göstərir. Ölkənin hər bir torpağı xüsusi özəlliyə malikdir. Münbit, rütubətli, tez yetişən məhsulları özünə cəlb edən və s. Məhsuldarlığın artırılması daha çox rayon insanları və rayondakı icra orqanlarından asılıdır.

Ekspert qeyd edib ki, rayonlarda yaşayan kəndlilər, fermerlər inkişaf istiqamətini əsas götürərək qeyri neft sektorunda xüsusi rola malikdir. Son zamanlar bəzi xoşagəlməz hadisələrdən sayılan ticarət obyektlərinin yanması ölkədə olan investorlara, ticarətlə məşğul olan sahibkarlara mənfi təsir edə bilər. Lakin bu onların bir növ təhlükəsizliyini qorumaq üçün ilk başdan tədbirlərin görülməsinə yönəldir. Ölkə Prezidenti Cənab İlham Əliyev öz nitqində bunu xüsusilə qeyd etmişdir. Bütün sahikbarlar, zavod vəya mağaza rəhbərləri öz mallarını sığorta etməlidirlər. Son zamanda yaşanan hadisələrə rəğmən hərkəs öz malını sığortalamalıdır." Bu mallar xalq üçündür. Sahibkarlar xalqa xidmət edir. Buna görədə dövlət rəhbərliyi onlara böyük dəstək verir. Sahibkarlar sayəsində işsizliyin statistik göstəricisi aşağı düşür. Sahibkarların fəaliyyəti işsizliyin aradan qalxmasına böyük imkandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31