"Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib"
"Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib"
20 Dekabr 2019 15:18 İqtisadiyyatXarici ticarətdə müsbət saldosu olan az sayda ölkələrdən biri Azərbaycandır. Bunu bu gün Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri bildirib ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib.
Ziyad Səmədzadə xatırladıb ki, Azərbaycanın hazırda 50 milyard dollara qədər valyuta ehtiyatı var və bütün bunlar Azərbaycanda aparılan məqsədyönlü siyasət, struktur isahatları nəticəsində mümkün olub.
Xatırladaq ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.
sia.az