Keşlə qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək
Keşlə qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək
19 Dekabr 2019 12:36 İqtisadiyyatDekabrın 19-da gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki, buna səbəb Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yerinin dəyişdirilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31