İqtisadi gender bərabərliyinə görə ölkələrin reytinqi açıqlanıb – Azərbaycan neçəncidir?
İqtisadi gender bərabərliyinə görə ölkələrin reytinqi açıqlanıb – Azərbaycan neçəncidir?
18 Dekabr 2019 13:25 İqtisadiyyatİqtisadiyyatda gender bərabərliyinə nail olmaq üçün orta hesabla 257 il tələb olunur.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə Dünya İqtisadi Forumunun hesabatında bildirilib.
Təhlilçilərin proqnozlarına görə, Avropada gender bərabərsizliyi təxminən 54, Cənubi Amerikada 59, Şərqi Asiyada 163, Yaxın Şərqdə 140, Şimali Amerikada isə 151 ildən sonra aradan qalxacaq.
MDB ölkələrinin bir çoxunun daxil olduğu Şərqi Avropa regionunda gender bərabərliyinə 107, Subtropik Afrikada 95, Cənubi Asiyada isə 71 ildən sonra nail olunacaq.
Qeyd edək ki, 2019-cu ildə iqtisadi gender bərabərliyinə görə Azərbaycan reytinqdə 94-cü yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31