Bu ilin 8 ayında 8209 bina üzrə 13 274 mənzilə təbii qaz verilib

Bu ilin 8 ayında 8209 bina üzrə 13 274 mənzilə təbii qaz verilib

"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər görülüb. Fərmanda göstərilən tapşırıqlardan irəli gələn məsələlərin operativ həlli məqsədilə təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətlərinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. "OLAYLAR"-a İstehsalat Birliyindən verilən məlumata görə, yaranmış problemlərin aradan qaldırılması üçün köməkliyin göstərilməsi istiqamətində müvafiq tövsüyyələr verilir.

Bu ilin sentyabrın birinə olan məlumata görə 209 bina üzrə 13 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. Birlik tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırlır və müvafiq rəylər verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31