Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən "Olaylar"a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi haqqında Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31