1 milyon ha-dan çox sahədə taxıl səpini nəzərdə tutulur

1 milyon ha-dan çox sahədə taxıl səpini nəzərdə tutulur

2020-ci ilin məhsulu üçün respublika üzrə 1 milyon hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur. Dövlət Aqrar İnkişaf Mərkəzlərindən "Olaylar"a daxil olmuş məlumata əsasən, 2019-cu il 15 dekabr tarixə ölkə üzrə 970.0 min hektarda payızlıq taxıl səpini artıq başa çatdırılıb. Pambıq əkinindən sonra növbəli əkin sisteminin tətbiqi məqsədilə pambıqçılıq rayonlarında az miqdarda qalan sahələrdə səpin qısa müddətdə başa çatdırılacaq. Cari ildə taxıl səpini üçün sahələrin şumlanması əsasən optimal müddətdə başa çatdırılıb. Bununla da  fermerlərin toxum və gübrə təminatında çətinlik olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31