11 ayda 340 bina mavi yanacaqla təmin olunub
11 ayda 340 bina mavi yanacaqla təmin olunub
16 Dekabr 2019 11:12 İqtisadiyyatAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il dekabr ayının 1-nə olan məlumata görə 340 yaşayış binası üzrə 22094 mənzil, noyabr ayında isə 80 yaşayış binası üzrə 4990 mənzil təbii qazla təmin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31