Azərbaycanın ixrac missiyası Dubaydadır

Azərbaycanın ixrac missiyası Dubaydadır

"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycan ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, İxrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31