Özbəkistanla əczaçılıq sahəsində memorandum imzalanıb

Özbəkistanla əczaçılıq sahəsində memorandum imzalanıb

Özbəkistan Respublikasından nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin Elm və Təhsil şöbəsinin müdiri Dusmatov Əziz Fayzahmatoviç Analitik Ekspertiza Mərkəzində (AEM) olub və Mərkəzin direktoru Murad Süleymanov ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, görüş zamanı aktual məsələlər müzakirə edilərək, əhəmiyyətli mövzular üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda iki qurum arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun imzalanması əməkdaşlığın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradacaq, ikitərəfli əlaqələrin bütün sahələrində olduğu kimi əczaçılıq sahəsində də öz töhfəsini verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31