Ukrayna ilə nəqliyyat və rabitə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Ukrayna ilə nəqliyyat və rabitə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
6 Dekabr 2019 13:07 İqtisadiyyatNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.
"OLAYLAR" -a nazirlikdən bildirilib ki, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.
Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31