SmartCell proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb
SmartCell proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb
4 Dekabr 2019 13:59 İqtisadiyyatNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. "OLAYLAR"-a nazirlikdən bildirilib ki,
sərgi çərçivəsində nümayiş olunan SmartCell həllinin tətbiqinə dair Azercellmobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq.
Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsəsdov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb.
Məlumat üçün qeyd edək ki, SmartCell - üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.