Keçən ay ARDNF tərəfindən 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb
Keçən ay ARDNF tərəfindən 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb
3 Dekabr 2019 15:33 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə məlumat "OLAYLAR"-a Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bu göstərici əvvəlki aya nisbətən azdır. Belə ki, cari ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 654,85 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31