Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək
Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək
3 Dekabr 2019 15:04 İqtisadiyyatDekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirlərdə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31