Bakı Dünya İqtisadi Forumuna hazırlaşır

Aprelin 7-8-də Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (WEF) keçiriləcək. "Olaylar" Mincom.gov.az saytına istinadən bildirir ki, Bakı forumunda sənaye, təbii sərvətlər, telekommunikasiya, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, maliyyə və s. sektorların inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Forum regional və qlobal oyunçular üçün regionun gələcəyi ilə bağlı əsas çağırış və imkanların qiymətləndirilməsində mühüm platforma olacaq, Cənubi Qafqazda və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verəcək. İqtisadiyyat və iqtisadi inkişaf məsələləri bilavasitə diqqət mərkəzində olacaq. Azərbaycan haqqında "Azərbaycanın baxışı: yeni iqtisadiyyat yolunda" adlı ayrıca sessiyada bəhs ediləcək. Həmçinin tədbir çərçivəsində "Energetika və təbii ehtiyatlar: imkanlar və çağırışlar, irəliyə addım", "Sahibkarlıq və insan kapitalı", "Maliyyə və uzunmüddətli sərmayələr", "Ticarət və nəqliyyat zənciri" mövzuları üzrə paralel sessiyalar keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31