Səfər Mehdiyev: “Azərbaycanda qaçaqmalçılıq hallarının qarşısı alınır”

Səfər Mehdiyev: “Azərbaycanda qaçaqmalçılıq hallarının qarşısı alınır”

"Əgər əvvəllər sərhəd-keçid məntəqələrinin nəqliyyat vasitəsi tutumu gündəlik 200 ədəd idisə, bu gün bu rəqəm 450-600 ədəddir"."Olaylar" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, məntəqələrdə quraşdırılan yeni avadanlıqlar, xüsusilə də "body scan" aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır: "Bu avadanlıqların tətbiqi ilə həmçinin son 2 ildə 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb".

S.Mehdiyev əlavə edib ki,  Dövlət Gömrük Komitəsində (DGK) vahid uçot sistemi qurulur. Həmçinin komitənin informasiya texnologiyaları sistemi də yenidən qurulmaqdadır: "Bu günə qədər DGK əhaliyə 3 milyona yaxın xidmət göstərir. Bu baxımdan Komitə çox vaxt ilk sırada olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31