DGK-nın strukturu Avropa gömrük strukturuna uyğunlaşdırılıb
DGK-nın strukturu Avropa gömrük strukturuna uyğunlaşdırılıb
26 Noyabr 2019 17:28 İqtisadiyyat"Bu ildən DGK-nın strukturu Avropa gömrük strukturuna uyğunlaşdırılıb. Bundan başqa, təmsilçilik institutunda olan bəzi şəxslərin ucbatından bəyannamələrin səhv tərtib olunması sahibkarların haqlı narazılığına səbəb olurdu. Odur ki, Komitə həmin fiziki və hüquqi şəxsləri təlimlərə cəlb edərək bu problemləri həll edir". "Olaylar" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Komitə sədri bildirib ki, əgər əvvəllər ölkəyə gətirilən malların gömrük rəsmiləşdirilməsi ilə 5 inspektor məşğul olurdusa, hazırda bu işi 1 inspektor görür".
Yaşıl dəhlizin fəaliyyətinə toxunan komitə sədri qeyd edib ki, hazırda bu istiqamətdə üzrə də işləri davam etdirilir: "Onu deyə bilərəm ki, illik xarici iqtisadi fəaliyyətin yalnız 6 milyard dollarlıq hissəsi məhz "Yaşıl dəhliz" iştirakçılarının payına düşür".