Səfər Mehdiyev: “On ayda idxalın real artımı 6-7% təşkil edib”
Səfər Mehdiyev: “On ayda idxalın real artımı 6-7% təşkil edib”
26 Noyabr 2019 17:22 İqtisadiyyat"Cari ilin 10 ayında Azərbaycanın idxalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24% çox olub. Amma bu artımın 85%-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ölkəyə idxal etdiyi qızıl təmin edib". "Olaylar" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Komitə sədri bildirib ki, idxalın real artımı 6-7%-dir. Məsələn, buğda idxalında kəskin artım var: "Bu ilin yanvar-oktyabr aylarında buğda idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon ABŞ dolları, yaxud 68% çox olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31